Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hesab bizi aldatmasın" - Şahin Diniyev
    23.08.2024 22:02:01

    "Səbail" Azərbaycan Premyer Liqasının IV turunda doğma meydanda "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Düşünürəm ki, maraqlı oyun oldu. İstədiyim futbolu ala bildim. Komanda yaxşı oynadı. İlk dəqiqədən sona qədər dinamikanı saxladıq. Futbolçularıma təşəkkür edirəm. Yeni komandayıq. Zamanı tələsdirmək lazımdır. "Kəpəz" də yeni heyətə malikdir. Premyer Liqada qalmaq üçün mübarizə apara bilər. Hesab bizi aldatmasın. Onlar vuruşurdu, başabaş mübarizə aparırdı. İrəliyə baxmalıyıq. Bu oyunu unudub gələn oyuna köklənməliyik.

    - Dördüncü oyunda qələbə qazandınız...

    - Hesab 2:0 olanda da çətin idi. Bir qol buraxsaydıq, futbolçular psixoloji cəhətdən sına bilərdilər. Ardınca ikinci qol gələ bilərdi. Amma komandamızın oyunu alınırdı. Üçüncü qoldan sonra qələbənin uzaqda olmadığını hiss etdik.

    - Avrokuboklarda ən gözlənilməz hansı oldu: "Zirə", yoxsa "Qarabağ"ın məğlubiyyəti?

    - Hər ikisi. İkisi də bizim üçün eyni komandadır. "Qarabağ" oyun göstərdi. Oyuna baxmayan deyərdi ki, darmadağın oldu. Halbuki 0:3 əks tərəfdə olmalıydı. "Qarabağ" müdafiədən oynamadı. Öz futbolunu oynadı. Alqışlanası haldır. Oyun varsa, nəticə olacaq. "Qarabağ"a və "Zirə"yə görə üzüldüm. "Zirə"nin oyunu ilk dəqiqələrdən alınmadı. Oyun baxımından artırıblar. Sadəcə olmadı. Nəsə olmuşdu. "Zirə" öz səviyyəsindən aşağı çıxış etdi. Baş məşqçi daha yaxşı bilər. Bu hesaba layiq deyildilər. "Qarabağ"da isə hesab tərsinə ola bilərdi. Yuxu kimi idi. Ümid çoxdur.

    - Növbəti turda “Turan Tovuz”la qarşılaşacaqsınız. “Terek”də baş məşqçi işlədiyiniz dönəmdən Kurban Berdıyevi yaxşı tanıyırsınız. Sizcə, onu siz məğlub edəcəksiniz, yoxsa sabah Qurban Qurbanov?

    - Mən "Terek"də işləyəndə tanışlığımız var idi. Çox səviyyəli məşqçidir. Öz işçilərini gecə 3-4-ə qədər saxlaylıb hər şeyi analiz edən, intizamı sevən biridir. Müdafiədə daha etibarlı, risk etməyi sevən məşqçidir. "Qarabağ" kağız üzərində daha güclü görünür. Amma futboldur. Bilmək olmaz hansı heyətlə oynayacaqlar. Maraqlı oyun olacaq. Heç bir komandanın məğlubiyyətini istəmirəm. Mənim azarkeşlik etdiyim "Səbail"dir. Hər ikisinə uğurlar arzulayıram.

    - Ayman Boaliyə bir şey olsa, nə edəcəksiniz?

    - Transferləri qışa qədər bitirmişik. Rotasiyalar edirik. Suleyman Alluşu da oynadırdıq. Samir Abdullayev də var. Çox perspektivli biridir.

    Futbol

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    Futbol

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    Futbol

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    Futbol

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06
    Futbol

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47
    Futbol

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41

    SOCAR İtaliyanın futbol millisinin sponsoru oldu

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved