Qadın futbolçulardan ibarət “Neftçi” komandasının UEFA Çempionlar Liqasının I mərhələsində Avstriyanın “Zankt-Pölten” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.
Prosport.Az xəbər verir ki, UEFA sentyabrın 4-də Gürcüstanın Sxaltubo şəhərində təşkil olunacaq görüşü Xorvatiya və İtaliyadan olan hakimlər briqadasına həvalə edib.
Matçda baş hakim kimi Yelena Kumer (Xorvatiya) fit çalacaq. Ona bu işdə Sanya Rodyak-Karşiç (Xorvatiya), Françeska Di Monte (İtaliya) kömək göstərəcək. 4-cü hakim funksiyasını isə Mariya Marotta (İtaliya) yerinə yetirəcək.
Qeyd edək ki, “Zankt-Pölten” – “Neftçi” qarşılaşması saat 18:00-da başlayacaq.

