İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-17 dünya çempionatı davam edir.
Prosport.Az xəbər verir ki, mundialın dördüncü günündə qızlardan ibarət Azərbaycan millisinin 1 idmançısı medal görüşünə çıxacaq.
U-17 dünya çempionatı
Qadın güləşi
49 kq
Yarımfinalda məğlub olan Esra Məmmədli 3-cü yer uğrunda güləşəcək. Onun rəqibi Polina Boçkaryova (AIN) olacaq.
Qeyd edək ki, bu gün daha 4 qız güləşçimiz dünya çempionatında mübarizəyə qoşulub.