Bu yay “Turan Tovuz”un yollarını ayırdığı Bruno Qonsalveş ölkəsinə qayıdıb.
Prosport.Az xəbər verir ki, braziliyalı futbolçu B seriyasında mübarizə aparan və ölkənin tanınmış klublarından olan “Quarani” ilə anlaşıb.
Yüksək liqaya çıxmağa iddialı olan klubun Bruno ilə müqaviləsi 2025-ci il dekabrın 31-nə qədər qüvvədə olacaq.
27 yaşlı müdafiəçi “Vila Nova”, “Aroka”, “Leyşoeş” komandalarında oynadıqdan sonra ötən yay “Turan Tovuz”a keçmişdi.

