Zaqreb “Dinamo”sunun yarımmüdafiəçisi Marko Pyatsa UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyun barədə danışıb.
Prosport.Az xəbər verir ki, 3:0 hesabı ilə qalib gəldikləri görüşdə hesabı açan futbolçu daha çox qol vura bilməmələrinə üzüldüyünü bildirib.
29 yaşlı hücumameyilli oyunçu Bakıdakı qarşılaşmada bu hesabı qorumağın vacibliyini vurğulayıb: “Qarabağ” hücuma atılandan sonra daha çox qol vurmaq imkanımız oldu. Yenə də şikayətlənmək düz olmaz. Çünki 3 qol vurduq və sərfəli nəticə qazandıq. Ancaq bu, son deyil. Bakıda üstünlüyü qorumaq lazımdır. Arxayınlaşmaq olmaz. Çünki “Qarabağ” güclü rəqib olduğunu göstərdi”.
Qeyd edək ki, cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

