UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" Xorvatiyada "Dinamo"nun (Zaqreb) qonağı olub.
Prosport.Az xəbər verir ki, "Maksimir" stadionunda keçirilən matçda Zaqreb təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyatsa açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.

