Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qurban Qurbanov "Qarabağ" üçün böyük üstünlükdür" - Nikola Yurçeviç
    20.08.2024 16:15:08

    Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo” və "Qarabağ" komandaları arasında keçiriləcək oyunlardan danışıb.

    Prosport.Az xəbər verir ki, "Sportske novosti"yə açıqlama verən xorvatiyalı mütəxəssis Qurban Qurbanov barədə də fikirlərini bölüşüb:

    "Şans baxımından "Dinamo”ya üstünlük verirəm, amma “Qarabağ” da çox yaxşıdır. Çempionatda üstünlüyü baxımından “Dinamo”ya bənzəyir, həm də avrokuboklarda yaxşı nəticələri var. “Bayer”lə matçlarda nə qədər güclü olduqlarını göstərdilər, son dəqiqələrdə sözün əsl mənasında Avropa Liqasından uzaq qaldılar. “Qarabağ”ın çox yaxşı skautları var, əla əcnəbi oyunçular gətirirlər. Avrokubok oyunlarında əsas heyət 2-3 yerli futbolçudan ibarətdir. Bir vaxtlar “Riyeka” ilə çempion olmuş Marko Vesoviç hələ də Azərbaycan çempionunun sıralarındadır.

    Qurban Qurbanov "Qarabağ" üçün böyük üstünlükdür. O, Xosep Qvardiolanın oyun üslubunun pərəstişkarıdır. İmkan daxilində öz üslubunu “Qarabağ”da reallaşdırmağa çalışır. Ağdam təmsilçisi texnikalı futbol oynayır, dominantlığı və topa sahib olmağı sevir. “Dinamo” heç bir halda “Qarabağ”a yuxarıdan aşağı baxmalıdır. Onların  beynəlxalq təcrübəsi böyükdür. Bununla belə, məncə, “Dinamo”nun şansları daha çoxdur. Amma yenə də başa düşmək lazımdır ki, “Qarabağ” asan rəqib deyil. Onlar bunu evdə uduzduqdan sonra “Ludoqorets”i məğlub edəndə göstəriblər. Rəqib komandada Juninyu, Abdullah Zubir, Yassin Benzya və Leandro Andradeni qeyd edərdim.

    "Qarabağ"ın çempionatdakı oyunlarına baxmağa bir neçə min adam gəlir, amma avrokuboklarda oynayanda stadion dolur. Stadiondakı atmosfer əla və ruhlandırıcı ola bilər. İştirak etdiyim “Qarabağ” – “Sevilya” matçını xatırlayıram, alqışlar gurultulu və əla idi”.

    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:34:18
    Futbol

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11
    Futbol

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    Futbol

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    Futbol

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    Futbol

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:34:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41

    SOCAR İtaliyanın futbol millisinin sponsoru oldu

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved