Minsk “Dinamo”su avrokubokların qrup mərhələsində ev oyunlarını Azərbaycanda keçirəcək.
Prosport.Az xəbər verir ki, Belarus klubu UEFA Avropa Liqasının pley-off mərhələsində “Anderlext”lə qarşılaşacaq. “Dinamo” Belçika təmsilçisini keçə bilməsə, Konfrans Liqasının qrup mərhələsində çıxış.edəcək.
Minsklilər qrup mərhələsinin oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirəcək.

