Albaniya çempionatında yeni mövsüm start götürüb.
Prosport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da ilk matçına çıxıb.
Komanda səfərdə “Dinamo” ilə qarşılaşıb. Qonaqlar 2:0 hesabı ilə qalib gəlib.
Zamiq də bu oyunda iştirak edib. 23 yaşlı müdafiəçi matça start heyətdə çıxıb və sona qədər oynayıb. O, 90+2-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Azərbaycanın U-21 yığmasının sabiq üzvü olan Əliyev bu yay “Eqnatiya”ya keçib.

