"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Xorvatiyada "Dinamo"nun qonağı olacaq.
Prosport.Az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu gün Zaqrebə yola düşüb.
Qeyd edək ki, "Dinamo" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında cavab görüşü isə avqustun 28-də Bakıda baş tutacaq.

