UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıda “Zirə” və Kipr “Omoniya”sı arasında keçiriləcək cavab oyununun hakimləri açıqlanıb.
Prosport.Az xəbər verir ki, görüşün baş hakimi Vitali Spasennikov olacaq. Ona yan xətt hakimləri Raymond Tatrix və Artur Şakurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Aleksandr Anufriyev kömək edəcək.
Hakimlər heyəti Latviyadandır.
Qarşılaşma avqustun 29-da “Liv Bona Dea Arena” stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

