Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qaraya dəfələrlə demişəm ki, onu əsas heyətdə görmürəm" - Roman Qriqorçuk
    18.08.2024 23:45:55

    "Neftçi" Azərbaycan Premyer Liqasının III turunda "Sabah"a 0:2 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Siz bura gələndə çoxları düşünürdü ki, "Neftçi" "Qarabağ"la çempionluq mübarizəsi aparacaq. Amma 3 turdan sonra komandanın nəticələri və oyunu ümidverici deyil. Bu durumu necə şərh edərdiniz?

    - Əlbəttə ki, haqlısınız. Bu gün məğlub olduq, istədiyimiz kimi oynamırıq. Hər şey neqativ görünür. 3 tur ərzində azarkeşlərimizə qələbə baxş edə bilməmişik.

    - Mətbuatda belə xəbərlər var ki, klub rəhbərliyi ilə aranızda fikir ayrılığı yaranıb, istefa vermək istəyirsiniz. Bu barədə nə deyə bilərsiniz?

    - Mətbuatda bu cür söz-söhbətlərin olduğunu indi öyrəndim. Bu məsələni ümumiyyətlə şərh edə bilmərəm. Bu həftə ərzində rəhbərliklə danışığımız belə olmayıb. 

    - Yeni transferlərin oyunundan razısınız?

    - Yeni futbolçuların gəlməsi sevindiricidir. Biz bunun üzərində çox iş görürük. Hələ transferlərimiz bitməyib, yeni oyunçular gələcək. Hər futbolçunun performansını müzakirə etmək üçün ən azı 5-6 tur lazımdır. Bəzi oyunçular obyektiv səbəbdən tam hazır deyillər. Son oyunlarını may ayında keçiriblər. Yavaş-yavaş komandaya uyğunlaşmağa cəhd göstərirlər.

    - Transferlər sırf sizin seçiminiz əsasında edilir?

    - Mənə oyunçuların siyahısı verilir. Onlara baxıb seçimlər edirik. İstisna hal kimi Andrey Ştoqrini qeyd edərdim. Mənim əvvəlki komandamda çıxış edib. Sırf mənim təqdimatım əsasında "Neftçi"yə gəlib. Hər gələn futbolçu haqda klubun mətbuat xidmətinə verdiyim açıqlamanı indi də təsdiqləyirəm.

    - "Qəbələ"yə yeni gəldiyiniz vaxtda tanıdığınız futbolçuları komandaya dəvət etmişdiniz. "Neftçi"də isə bu halı görmürük. Bu, nə ilə bağlıdır?

    - Səmimi desəm, heç Ştoqrini də gətirmək istəməzdim. Amma artıq bu baş verib. Klubda bir sistem var, oyunçuları izləyirlər, təhlil edirlər. Məşqçi də bunun əsasında seçim edir. Sivil yoldur, buna da hörmətlə yanaşıram. Antonovu "Qəbələ"yə gətirəndə şayiələr yayılmışdı ki, mənim yaxın qohumumdur. 

    - Qara Qarayevi əvəzedici heyətə göndərməyinizin səbəbi nədir?

    - Qara həm yaxşı insan, həm yaxşı futbolçudur. Uzun ilıər Azərbaycan milli komandasının şərəfini qoruyub, ölkənin ən böyük klublarından birində çıxış edib. Onunla səmimi söhbət etmişəm. Qaraya dəfələrlə demişəm ki, onu əsas heyət oyunçusu kimi görmürəm. Əvəzedici heyətdə olması klubla futbolçu arasında olan məsələdir. Mən bu haqda şərh verə bilmərəm. 

    - Transferlərə baxanda belə görünür ki, sizə verilən siyahıdan pisin yaxşısını seçmək məcburiyyətində qalmısınız. Bu duruma neçə müddət tab gətirə biləcəksiniz?

    - Çalışdığım hər futbolçunu çox istəyirəm, hamısına hörmətlə yanaşıram. İstəyirəm onların yaddaşında yaxşı qalım.

    - 90 dəqiqə ərzində qapıya dəqiq zərbə olmamasını necə şərh edərdiniz?

    - Əvvəldə də bildirdim ki, oyundan narazıyam. Bundan daha yaxşı çıxış etməliyik.

    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:34:18
    Futbol

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11
    Futbol

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    Futbol

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    Futbol

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    Futbol

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:34:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41

    SOCAR İtaliyanın futbol millisinin sponsoru oldu

    26.09.2026 15:15:31

    "Futbolçularda psixoloji sarsıntılar vardı" - VİDEO

    26.09.2026 14:43:42

    "Onun üzünü darmadağın etmək istəyirəm" - Məhəmmədəli Osmanlı

    26.09.2026 14:12:43

    "Formula 2" Azərbaycan Qran-prisinin qalibi bilindi

    26.09.2026 13:40:01

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved