Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Oğlum karyerasını davam etdirəcək" – Rafiq Hüseynovun atası
    15.08.2024 19:11:56

    Olimpiya mükafatçısı, ikiqat dünya və üçqat Avropa çempionu Rafiq Hüseynovun atası, şəxsi müəllimi və Əməkdar məşqçi Radik Hüseynovun Prosport.Az saytına müsahibəsi

    – Tokio Olimpiadasının bürünc mükafatçısı bu Olimpiya Oyunlarında ilk görüşdə David Loşonçiyə uduzaraq medalsız qaldı. Rafiqin bu uğursuzluğunda əsas səbəb kimi nəyi görürsünüz?
    – Çəki məsələsini. Onun çəkisi 87 kq-a çatmırdı. Bu çəkini yığmağa çatdırmadı. Bildiyiniz kimi, Olimpiadayadək 82 kq-da güləşirdi. Tokio Olimpiadasında isə 77 kq-da çıxış etmişdi. Rəqibləri 95 kq-dan çəkini salır. Üstəlik, onlar uzun illərdir ki, 87 kq-da güləşir deyə onlara çəki salmaq asandır. Birdən-birə ilk görüşdə son dünya çempionu macar güləşçi ilə düşməsi də psixoloji cəhətdən ona təsir edə bilər. Hələ Rafiqlə gələndən görüşüb ətraflı söhbət etməmişəm. Uğursuzluğun çəki ilə bağlı olması mənim analizimdir.

    – Güləş millimizin bütün yaşlı idmançıları – Mariya Stadnik, Hacı Əliyev və Sabah Şəriəti karyerasını bitirdiyini açıqladı. Ancaq Rafiq susqunluğunu qorudu. Artıq 36 yaşı var. Karyerasını davam etdirəcək, ya yox?
    – Mənə elə gəlir ki, davam etdirəcək, belə eşitmişəm. Ancaq qərarı mən vermirəm. Yekun sözü özü deyəcək. Məncə, özü də hələ güləşmək istəyir.

    – Bəs sizcə, davam etməlidir?
    – Deyərdim ki, yuxarı çəkilərdə yaş amili fiziki formada olduqdan sonra o qədər də böyük rol oynamır. Formada qalsa, o hələ güləşə bilər.

    – Onda karyerasını davam etdirsə, çəkisini yenidən qeyri-olimpiya çəkisinə – 82 kq-a salacaq?
    – Yəqin ki, yox. 87 kq-da güləşəcək. Ancaq havadan demək də lazım deyil. Bütün bunları dəqiq demək üçün maksimum 1 ay vaxt lazımdır. Ancaq güləşəcəyi dəqiqdir. Çünki o da uduzmamış karyerasını bitirmək istəyər.

    – Yəqin ki, azı 4-cü dəfə Avropa çempionu olmaq istəyir...
    – Bəli, görək də... Olimpiadadan sonra çəki dərəcələri də dəyişəcək. Ola bilər ki, elə çəki dərəcəsi olacaq ki, onun üçün sərfəli olsun. 80, 83, 84 və ya 85 kq çəki dərəcəsi yaradıla bilər. Tokio Olimpiadasından sonra çəki dərəcələrində dəyişiklik edilmədi. Paris Olimpiadasından əvvəl deyilmişdi ki, çəkilər və güləş qaydalarında dəyişiklik olacaq.

    – Bu çəki dərəcəsində olimpiya çempionu olan Bolqarıstanı təmsil edən ukraynalı Semyon Novikov oldu. Ümumiyyətlə, o, yunan-Roma güləşində Avropa qitəsindən olimpiya qızıl medalını qazanan yeganə idmançıdır. Onun qalib olması sizin üçün də gözlənilməz olmadı?
    – Bu çəki dərəcəsində Rafiqin səbətinə düşən idmançılara baxın: Serbiyanı təmsil edən rus Aleksandr Komarov son Avropa çempionu idi. Gürcü dünya çempionu Laşa Qobadze, Danimarkanı təmsil edən çeçen Turpal Bisultanov da burada idi. Bilsultanov sonra olimpiya bürünc medalını qazandı. Novikov da onlardan geri qalmırdı, Ukraynanı təmsil edərkən Avropa çempionu olub. Komarov da, Loşonçi də finala çıxa bilərdi. Ötən il Belqraddakı dünya çempionatının yarımfinalında Loşonçi Novikovu təmiz qələbə ilə məğlub etmişdi. Novikov Jan Belenyuka görə Ukraynanı Bolqarıstana dəyişib, elə-belə idmançı deyil. Yəni, Rafiq Loşonçini keçsə də, digər rəqibləri ilə də finala bərabər görüş keçirəcəkdi. Finalda uduzan iranlı güləşçini (Əlirza Mehmedi) ötən il dünya çempionatının finalında Rafiq məğlub etmişdi.

    Səbuhi Musa

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved