21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində İngiltərə yığması ilə keçirəcəyi səfər oyununun məkanı müəyyənləşib.
Prosport.Az xəbər verir ki, F qrupunda oktyabrın 15-də təşkil olunacaq görüş Bristol şəhərində yerləşən “Aşton Qeyt” stadionunda baş tutacaq.
Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.