“Qarabağ” monteneqrolu futbolçuları – Marko Vesoviç və Marko Yankoviçin Çempionlar Liqasının III təsnifat mərhələsinin “Ludoqorets”lə (2:7) cavab oyununda aldıqları zədənin dərəcəsi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, hər iki futbolçunun əzələsində problem aşkarlanıb və onlar bir müddət yaşıl meydanlardan kənar qalacaqlar.
Marko Veşoviç 2-3, Marko Yankoviç isə 4-6 həftə oynamayacaq.
Beləliklə, onlar Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə matçları buraxacaq.