FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, UEFA Avropa Liqasının pley-off mərhələsində Latviyada RFŞ və Kipr APOEL-i arasında keçiriləcək qarşılaşmasının baş hakimi olacaq.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
RFŞ – APOEL görüşü avqustun 22-də Riqa şəhərində yerləşən “LNK Sporta Parks” stadionunda oynanılacaq.