Çempionlar Liqasında təsnifat mərhələsinin bombardirləri açıqlanıb.
Prosport.Az xəbər verir ki, siyahıya "Qarabağ"ın hücumçusu Olaviu Juninyu başçılıq edir. Braziliyalı forvard 4 oyunda 6 qola imza atıb.
"Sambaçı" cari mövsüm avrokubok matçlarını qolsuz tərk etmir. Juninyu “Linkoln”a (2:0, 5:0) 4, “Ludoqorets”ə (1:2, 7:2) isə 2 top vurub.
Qeyd edək ki, bombardirlər cədvəlində ikinci olan “Klaksvik”in futbolçusu Arni Frederiksberq 5 dəfə fərqlənib.

