Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu mənim, Azərbaycanın "Qarabağ"ı idi" – Qurban Qurbanov
    14.08.2024 01:52:51

    “Futbolçularımı təbrik edirəm. Məğlub olsaydıq belə, narazı qalmayacaqdım. Çünki oyundan həzz alırdım. Bakıda rəqibin gücünü görmüşdük. Bizə xoş olmayan oyun üslubu var idi. Bunun qarşısını almalı idik”.

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

    Mütəxəssis ilk hissədə diqqətsizlik səbəbindən qollar buraxdıqlarını bildirib: “Lakin getdikcə vəziyyəti ələ aldıq. Matçdan əvvəl futbolçularla danışığımız olmuşdu ki, soyuqqanlı davranmaq, sona kimi oyunun içində qalmaq vacibdir. İlk dəqiqələrdə həyəcan var idi. Sonradan hər şey qaydasına düşdü. Oyundan öncə ümidsiz deyildim. Bakıdakı məğlubiyyətdən sonra demişdim ki, belə oyunları çox görmüşük. Gərgin matçlarda sonadək dözmüşük. Futbolçularıma “əhsən” düşür. Qələbə münasibətilə azarkeşlərimizi, xalqımızı təbrik edirəm”.

    Qurban Qurbanovun sözlərinə görə, bu cür oyunlar komandanı böyüdür: “Həm klub olaraq inkişaf edirik, həm daha xarakterli oluruq. Belə futbol daha çox sevilir. Xüsusilə, azarkeşlərdə adrenalin görəndə buna çox sevinirəm. Bu oyun sanki triller, bu komanda isə həqiqətən mənim, Azərbaycanın “Qarabağ”ı idi”.

    O, pley-off mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qarşı keçirəcəkləri oyunlara da toxunub: “Hələlik rəqib haqqında məlumatım yoxdur. Çünki bütün fikrimiz bu qarşılaşmada idi. “Dinamo” mübarizəyə birbaşa pley-off mərhələsindən başlayır. Çox böyük təcrübəyə malik komandadır. Rəqibi daha yaxından tanımaq üçün vaxtımız olcaq. Mərhələlər keçildikcə, səni qarşıda daha ciddi komandalar gözləyir. Buna hazır olmalı, hazırkı matçın sevincini qısa zamanda yaddan çıxarmalıyıq. Təcrübəmiz var. 3-cü dəfə Çempionlar Liqasının pley-off mərhələsində oynayacağıq. Matça maksimum hazır olmağa çalışırıq. Zədəli futbolçularımızın olması bizə problem yarada bilər. Bu cür matçlarda rotasiyalar etmək çox vacibdir”.

    Baş məşqçi hazırkı komandanın Çempionlar Liqasının qrup mərhələsində iştirakını çox istədiyini vurğulayıb: “Hamısı çox əziyyət çəkən futbolçulardır. Hamımız Çempionlar Liqasının əsas mərhələsində oynamaq istəyirik. Bu günə kimi çox böyük iş gördük. Azarkeşlərimizi sevindirmək istəyirik”.

    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Futbol

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11
    Futbol

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    Futbol

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu 27 Sentyabra həsr olunmuş cüdo turniri keçirib - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved