"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda 1:2 uduzduğu Bolqarıstan çempionu “Ludoqorets” komandası ilə qarşılaşıb.
Görüş təmsilçimizin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları Juninyu, Yassin Benzya (2 qol), Toral Bayramov, Redon Cica və Patrik Andrade (2 qol) vurub.
Bununla Azərbaycan çempionu adını pley-off mərhələsinə yazdırıb.
Qeyd edək ki, “Qarabağ” növbəti mərhələdə Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə üz-üzə gələcək.

