Peşəkar Futbol Liqası I və II Liqaya vəsiqə uğrunda pley-off oyunları ilə bağlı dəyişiklik edib.
Prosport.Az xəbər verir ki, bundan sonra həmin liqalara çıxmaq üçün pley-off matçları 1 oyundan ibarət olacaq.
Qeyd edək ki, ötən mövsüm klublar vəsiqə uğrunda iki pley-off görüşü keçirmişdilər.

