“Zirə”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Osiyek” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, komanda II turda “Dinamo” ilə qarşılaşıb.
Matç Zaqreb klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Osiyek”in aktivində xal yoxdur və 9-cu pillədə qərarlaşıb.
“Zirə” - “Osiyek” görüşü avqustun 15-də “Liv Bona Dea Arena” stadionunda keçiriləcək və saat 20:30-da başlayacaq. İlk matçda heç-heçə qeydə alınıb - 1:1.
“Sabah”ın Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Sent-Patriks” isə İrlandiya çempionatının son turunda "Qoluey Yunayted"lə bacarmayıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Avqustun 15-də Masazırdakı “Bank Republika Arena”da keçiriləcək “Sabah” - "Sent Patriks" oyunu saat 20:00-da start götürəcək. İrlandiyadakı ilk görüş “Sent-Patriks”in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

