Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hər şeyi düşünsəm, dəli olaram" - Krunoslav Renduliç
    12.08.2024 00:42:22

    "Sabah" Azərbaycan Premyer Liqasının II turunda doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Rəqibi təbrik etmək istəyirəm. Onlar bu gün qalibiyyətə layiq idilər. Oyunçularıma da nəsə deyə bilmərəm. Onların yanaşması çox yaxşı idi. Ancaq əfsuslar olsun ki, bundan heç nə əldə edə bilmədik.

    - Oyunla bağlı planınız nə idi və həmin planda nə düzgün işləmədi?

    - "Zirə" çətin komandadır. Bunu uşaqlara demişdim. Keçənilki matça bənzədi. Oyuna nəzarət bizdə idi. Sadəcə penalti hər şeyi dəyişdi və biz uduzduq.

    - Amin Seydiyevin performansı haqda nə düşünürsünüz?Avrokuboklardada səhvlər edir. Ona istirahət verməyi fikirləşmirsiniz?

    - Hansı səhvləri?

    - Mövqe səhvləri...

    - Futbol "Pley steyşn" deyil. Futbolçular oynayır və səhv edirlər. Səhvər olmasa, hər oyun 0:0 bitəcək. Demirəm mükəmməl idi. Mən oyunçum səhv etsə də, birbaşa onu dəyişmək istəmirəm. Ona daha çox dəstək olmaq istəyirəm. Altı oyunçumuz səhv edir. Onları dərhal dəyişmək lazımdır? Amma razıyam ki, bəzən futbolçulara istirahət vermək lazım gəlir.

    - "Makkabi" ilə görüşdən sonra demişdiniz ki, bir faiz şansımız var idi və mərhələni keçdik. Amma həmin matçdan sonra "Sabah" bugünkü oyuna qədər qollar buraxır, uduzur. Komandada xaos olduğu görünür. Səbəb nədir? Son üç oyunda niyə uğursuzluq var? Bəlkə "Makkabi"ni keçdiyiniz üçün futbolçular eyforiyaya qapılıblar?

    - İşlər pis gedəndə pis xəbərlər çıxarmaq istəyirlər. Ötən mövsümü üçüncü yerdə bitirərkən heç kim demirdi ki, mükəmməl oynadılar. Əsasən də jurnalistlər. Demək olar ki, keçənilki və indiki oyunçular eynidir. Bəzən yaxşı vəziyyətdə olursan, bəzən pis. Ola bilər ki, bəzi problemlərimiz var. Amma bunu üzə çıxarmağı sevmirəm. "Sent-Patriks"ə qarşı 45 dəqiqə 10 nəfərlə oynadıq, 0:1 uduzduq. Lakin heç nə itirilməyib. Cavab oyununda ən böyük problem İvan Lepinitsanın olmamasıdır. Bu gün futbolçularım savaşdılar, döyüşdülər. Onların yanaşmasına görə heç nə deyə bilmərəm.

    - "Sabah"ın sabahını necə görürsünüz?

    - Yeni klubdur, hər il inkişaf edir. Yeddi il içərisində demirəm mükəmməl nəticələr əldə etmişik. Amma yaxşı nəticələr də var. Avropada "Sabah" çox da məhşur klub deyil. İki ildir avrokuboklara düşürük. Eyni şey Xorvatiyada da var. "Dinamo" ölkəmi təmsil edir, bilirəm nə danışıram. Uzun illər Avropada oynamadılar. 20 il lazım gəldi. Uzun prosesdir. "Neftçi" indi nə deyə bilər? Orada atmosfer necədir? Klubu bağlasınlar ki, Avropaya düşmürlər? Biz iki il içərisində gördüyümüz işlərlə fəxr etməliyik.

    - Suallar veriləndə aqressiv olursunuz. Niyə belədir?

    - Sosial mediada hesabım yoxdur. Nə baş verirsə, mətbaut konfranslarında öyrənirəm. Üzr istəyirəm.

    - İrlandiyadakı məğlubiyyətdən sonra düşüncəniz sırf o qarşılaşmada idi, yoxsa "Zirə" görüşünə fokuslanmışdı? Bu məğlubiyyətdən sonra oyunçuları "Sent-Patriks"lə matça hazırlamaq çətin olmayacaq?

    - Həmişə növbəti oyuna köklənirəm. Yaxşı bir şey deyil ki, növbəti oyunu buraxıb, digərini fikirləşəsən. Qalib gəlmək istəyirdik. Amma təəssüf ki, olmadı. İmkan verməyəcəm ki, əhvalımız düşsün. Oyundan sonra uşaqlara dedim ki, bu matçı unuduruq. Qarşımızda 34 oyun var. Avrokuboklarda da oynayırıq.

    - Sizcə, "Sabah"dan reallıqdan uzaq çox şey gözləyirik?

    - Bizim gələcəklə bağlı məqsədlərimiz ola bilər. Qrupda oynamaq istəyirik. Amma komanda 3-4 il bundan qabaq çempionatı 8-ci pillədə bitirmişdi. Klub hər il inkişaf etməlidir. Biz də realist olmalıyıq, addım-addım inkişaf etməliyik. Bunu edəcəyik. Gələn il, 5 il sonra... Bu hədəflərə çatmaq istəyirik.

    - "Sent-Patriks" və "Neftçi" ilə görüşlərdə alınacaq uğursuz nəticələr sizin klubdakı taleyinizə təsir edə bilər? Yoxsa, "Makkabi"ni keçməyiniz sizin üçün sığortadır?

    - Bu şeylər haqda düşünmürəm. Nə baş verəcəksə, verəcək. 10 gündən sonra nə baş verəcək, düşünmürəm. Kim nə deyir, nə olacaq, bunu düşünsəm, iki günə dəli olaram. İndi "Sent-Patriks"lə görüşə köklənəcəyik.

    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Futbol

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11
    Futbol

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    Futbol

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu 27 Sentyabra həsr olunmuş cüdo turniri keçirib - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved