Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Əvvəl rəqibin heyətində erməni olanda düşünürdüm ki, qol vurmasın" - Rəşad Sadıqov
    12.08.2024 00:19:20

    "Zirə" Azərbaycan Premyer Liqasının II turunda səfərdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Ağır səfər matçından sonra iki komanda da sona qədər əzmkar mübarizə apardı. "Sabah" da qələbə qazana bilərdi. Sadəcə biz yararlandıq epizodlardan və qalib gəldik. "Sabah"a qarşı səfərdə oynamaq çox çətindir. Şükür Allaha, vacib üç xal qazandıq.

    - Heyətiniz iki cəbhədə mübarizə aparmaq üçün yetərlidir?

    - İki cəbhə planı cızmırıq. Qarşıda bizi Konfrans Liqasının vacib matçı gözləyir. Hər iki komandanın şansları bərabərdir. Transferlərin iki cəbhə ilə əlaqəsi yoxdur. Heyətin tamamlanması ilə bağlı transfer etmişik. Olsa, bir transfer olacaq. Olmasa da, əlimizdə yetərincə yaxşı futbolçular var.

    - Bu günlərdə Eldar Quliyev milliləşdirmə ilə bağlı mətbuata açıqlama verib. Deyib ki, "Azərbaycan pasportu nəyimə lazımdır?" Onunla söhbətiniz olub?

    - Xeyli söhbətimiz olub. Ukraynada doğulub, özünü oranın vətəndaşı kimi görür. İstəyir ki, Ukrayna millisinə düşsün. Bu, məni sevindirir. Asan deyil. Kim olsaydı, razılaşardı ki, gedim Azərbaycan millisində oynayım. Rəqabət aparır. Şansı da var. Amma soyuq və sərt cavab veribsə, yalnışlığa yol verib. İstəyərəm ki, Eldarı millimizdə görüm. Amma seçimi Ukrayna yığmasıdırsa, anlayışla qarşılayırıq. 

    - Rüstəm Əhmədzadənin performansından razısınız?

    - Rüstəmin oyunundan son dönəmlərdə razıyam. Yaxşı forma yığmışdı. Yanvardan sonra zədələndi. Meydanlara 3 aya qayıtdı. Təcrübəli fizioterapevt deyirdi ki, belə əzələ zədəsi görməmişəm. Ağır zədə olsa da, döndü. Sırf "Osiyek"lə matça qızdırma ilə çıxmışdı. Salifu Suma cəzalı idi, Rafael Utsiqin ağrıları var idi. Rüstəm yaxşı mübarizə apardı. "Səbail", "DAK 1904" komandaları ilə oyunlarda möhtəşəm oynadı. Bugünkü matçda çox futbolçuda top itkiləri var idi. Meydança qurumuşdu, hamı bunun əziyyətini çəkirdi. Rüstəm çox yaxşı mübarizə apardı.

    - Xorvatiyada demişdiniz ki, komandanızı cavab matçından əvvəl derbi gözləyir. Derbi ab-havası var idi?

    - Hər iki komandada yorğunluq var idi. Amma futbolçular əzmkarlıq göstərdi. Mənim üçün derbi ab-havası var idi. Biz hesabda irəli çıxdıqdan sonra "Sabah" böyük qüvvə ilə irəli atıldı. Rəqibin müdafiəsində boşluqlar axtarırdıq. Bundan sonra "Osiyek"lə oyun haqda düşünəcəyik.

    - Premyer Liqada hədəfiniz nədir?

    - Biz məşqçilər heç vaxt kifayətlənmirik. Daim daha yaxşı olmağa, inkişaf etməyə çalışırıq. Şikayət edə bilmərəm, qələbələr qazanmışıq. Amma daha yaxşısı üçün çalışmalıyıq. Ən yaxşısını edəcəyik. Əlimizdə kifayət qədər yaxşı futbolçu var. Kollektivdən razıyam. Mənim üçün futbolçunun çalışqan olması ən vacibidir. Mehribanlıq da həmçinin. Bunu da yaratmışıq.

    - "Osiyek"in baş məşqçisi Frederiko Koppitelli bildirib ki, "Zirə"nin qol vuracağı inandırıcı görünmürdü. Bu haqda nə düşünürsünüz?

    - Məşqçinin açıqlamasını görmüşəm, mənə də pis təsir etdi və qəribə gəldi. İkinci hissədə aşkar üstün tərəf biz idik. Onların vurduğu qol da bizim top itkimizdən sonra baş verdi. Bəlkə isti-isti belə danışıb.

    - "Osiyek"in erməni futbolçusu Styopa Mkrtçyanın Bakıya mümkün gəlişi hansı tərəfə müsbət və ya mənfi təsir göstərə bilər?

    - Hansısa gərginlik istəməzdim. Hamımız əvvəl gərgin idik. İdman yarışlarında da gərginlik olurdu. Bu gün hansısa gərginliyə ehtiyac yoxdur. Biz qalibik. Bəlkə onlar bizimlə qarşılaşanda aqressiyaları olsun. Əvvəl rəqibin heyətində erməni olanda, düşünürdüm ki, qol vurmasın. Böyük zəfərdən sonra məndə elə hiss qalmayıb. Futbolçularıma da hansısa xüsusi tapşırıq verməmişdim. Komandasının aparıcı oyunçusudur. Sırf oyuna köklənməliyik. Həqiqətən önəmli oyuna çıxacağıq.

    Futbol

    Anatoli Nuriyev Macarıstan klubuna transfer olunub

    29.07.2026 19:45:27
    Futbol

    "Bu, möhtəşəm bir desert kimidir" - Valdas Dambrauskas

    29.07.2026 18:13:22
    Futbol

    Millimizin futbolçusu Macarıstan klubuna keçdi

    29.07.2026 17:08:40
    Futbol

    "Qarabağ"ın sabiq qapıçısı rəsmən Superliqa klubunda

    29.07.2026 16:44:15
    Futbol

    Premyer Liqa klubunda ayrılıq

    29.07.2026 16:00:14
    Futbol

    "Cavab görüşünə də ciddi hazırlaşmışıq" - Ruan Renato

    29.07.2026 15:33:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Bakıda bizi çox yaxşı qarşıladılar” – erməni dünya çempionu

    29.07.2026 20:45:32

    Güləşçilərimizdən dünya çempionatında altı medal

    29.07.2026 20:19:10

    Anatoli Nuriyev Macarıstan klubuna transfer olunub

    29.07.2026 19:45:27

    “Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim” – Elmir Çərkəzov

    29.07.2026 19:32:07

    “Qızıl medalı səhvlərə görə əldən verdim” – Abdulrəhman Hüseynli

    29.07.2026 19:09:49

    Dünya çempionatı: Yunan-Roma güləşində "qızıl" olmadı

    29.07.2026 18:55:45

    "Bu, möhtəşəm bir desert kimidir" - Valdas Dambrauskas

    29.07.2026 18:13:22

    İtaliyalı məşhur voleybolçu Azərbaycanda oynayacaq

    29.07.2026 17:39:13

    Millimizin futbolçusu Macarıstan klubuna keçdi

    29.07.2026 17:08:40

    "Qarabağ"ın sabiq qapıçısı rəsmən Superliqa klubunda

    29.07.2026 16:44:15

    İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib - FOTOLAR

    29.07.2026 16:21:50

    Premyer Liqa klubunda ayrılıq

    29.07.2026 16:00:14

    "Cavab görüşünə də ciddi hazırlaşmışıq" - Ruan Renato

    29.07.2026 15:33:49

    "Daha 4-5 legioner cəlb etməyi düşünürük" - Rəşad Sadıqov

    29.07.2026 15:21:40

    Emmanuel Addai yenicə keçdiyi komandadan ayrılır

    29.07.2026 14:41:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved