Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzi məqamlarda ürəklə pressinq etmədik" - Qurban Berdiyev
    11.08.2024 22:11:14

    "Turan Tovuz" Azərbaycan Premyer Liqasının II turunda doğma meydanda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Qurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - İki fərqli hissə izlədik. Birinci hissədə kifayət qədər aktiv oynadıq. İlk yarıdan razı qaldım. İkinci hissədə hesabı saxlamaq hissi oyunçulara daha çox təsir etdi. İstənilən halda "Sumqayıt" kifayət qədər keyfiyyətli futbolçulara malik komandadır. İkinci hissədə bunu sübüt etdilər. İki güclü rəqibə qarşı oynamışıq. Bundan sonra daha yaxşı olmağa çalışacağıq.

    - İkinci hissədə komandanızın müdafiəyə çəkilməsi taktiki gediş idi, yoxsa rəqib buna məcbur etdi?

    - Birinci hissədə daha ürəkli oynayırdıq. Görünür, futbolçular üstünlüyü əldən verməkdən qorxdular. Çalışmalıyıq ki, bu hissi aradan qaldıraq. Süni örtükdə oynamağımız da buna təsir edən amillərdən biri idi.

    - Narazı qaldığınız məqam nədir?

    - İlk hissədəki oyunu ikinci yarıda da oynasaydıq, daha çox zövq alardım. Bəzi məqamlarda ürəklə pressinq etmədik. İkinci yarıda rəqib çox güclü görünürdü. Onların əvəzetmələri özünü doğrultdu.

    - Hazırkı heyət avrokuboklar üçün yetərlidir?

    - Biz oyundan-oyuna hazırlaşırıq. Qarşıda daha vacib matçımız var. Mövsümün sonunda necə olacağını görəcəyik.

    - Hücum xətti üçün qolçu oyunçuya ehtiyac var?

    - Otto Cona inanıram. Çox hərəkət edir. Görünən odur ki, bir az vaxt lazımdır. Məşqlərdə də özünü yaxşı göstərir. İnanıram ki, onda yaxşı mənada dəyişiklik olacaq.

    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved