Azərbaycan millisinin hücumçusu Renat Dadaşov bu gün "Ankaragücü" ilə müqavilə imzalayacaq.
Prosport.Az xəbər verir ki, İsveçrənin "Qrasshopper" klubuna məxsus forvardla sözləşmənin müddəti 2 illik olacaq.
Artıq klublar arasında bütün şərtlərdə razılıq əldə edilib. Bu gün isveçrəlilər ayrılığı, türkiyəlilər isə keçidi açıqlayacaq.
Xatırladaq ki, Renat Dadaşov ötən mövsüm icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”da çıxış edib.

