Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirilmiş ilk oyunda zədə alan futbolçusu Bernard Tekpeteyin İtaliyanın “Parma” klubuna keçidi baş tutmayıb.
Prosport.Az xəbər verir ki, hər iki klubun rəhbərliyi futbolçunun transferi üçün danışıqlar aparırdı.
Hətta onlar arasında razılıq da əldə edilmişdi. Amma Tekpeteyin aldığı ağır zədə bu keçidə mane olub.
İtalyanların qış "transfer pəncərəsi"ndə bu məsələyə qayıtması gözlənilir. Qanalı forvard "Qarabağ"ın müdafiəçisi Kevin Medina ilə top uğrunda mübarizə zamanı zədələnib. Onun sağ dizi hər iki tərəfdən sınıb.
26 yaşlı futbolçu 2026-cı il iyunun 30-na qədər "Ludoqorets"ə məxsusdur.

