Azərbaycan millisinin karateçisi İrina Zaretskaya Yaponiyanın Fukuoka şəhərində keçirilən Premyer Liqa turnirində bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, turnirdə 68 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi 3-cü yer uğrunda görüşdə qazaxıstanlı Venera Jahibayevadan üstün olub.
Qeyd edək ki, İrina Zaretskaya bu il qatıldığı bütün turnirlərdə medal qazanıb.
