Azərbaycan çempionu “Qarabağ” bu gün avrokuboklarda növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Qurban Qurbanovun komandası Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçına çıxıb.
Ağdam klubu Bolqarıstan çempionu “Ludoqorets”lə görüşüb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər 3 qol fasilədən sonra vurulub. "Lüdoqorets" qələbə topunu 87-ci dəqiqədə vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 13-də baş tutacaq.

