"Zirə"nin hücumçusu Davit Volkovi Azərbaycan çempionatları tarixinə düşüb.
Prosport.Az xəbər verir ki, o, buna I turda "Səbail"ə 4:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.
Birinci hissədə üç qola imza atan gürcüstanlı forvard yarış tarixində ən çox het-trik edən legioner adına yiyələnib.
“Zirə”də 2-ci dəfə belə uğuru təkrarlayan Davit Volkovi “Sabah”ın heyətində də bir het-triklə yadda qalıb.
3-cü dəfə bir qarşılaşmada 3 qol vuran oyunçu hərəyə 2 dəfə het-trik edən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahadır Nəsimov və Reynaldu Silvanı arxada qoyub.

