Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Misli" ilə PFL arasında yeni müqavilə imzalandı – FOTOLAR
    2.08.2024 18:20:27

    Azərbaycan Premyer Liqası daha bir mövsüm “Misli”nin sponsorluğu ilə keçiriləcək.

    Prosport.Az xəbər verir ki, Peşəkar Futbol Liqası (PFL) ilə Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azəlotereya” ASC-nin “Misli” brendi arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.

    Razılığa əsasən, 2024/2025-ci illər mövsümündə də “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq. Tərəflər arasında müqavilə rəsmilərin iştirakı ilə keçirilən tədbirdə imzalanıb. İmzalanma mərasimində AFFA-nın prezidenti Rövşən Nəcəf, “Dəmirörən Holdinq”in İdarə Heyətinin sədri Yıldırım Dəmirörən, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, AFFA, PFL, “Azerlotereya” və futbol klublarının rəsmiləri iştirak edib.

    Tədbirdə çıxış edən AFFA-nın prezidenti Rövşən Nəcəf ilk olaraq “Qarabağ”, “Sabah” və “Zirə” klublarının avrokuboklarda mərhələ keçmələri və Azərbaycan idmançılarının “Paris-2024” Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazanmaları münasibətilə təbriklərini çatdırıb. AFFA-nın prezidenti “Misli” ilə əməkdaşlığın çempionatın daha da maraqlı keçməsi, rəqabətin artması və ən əsası azarkeşlərin stadionlara gəlməsinə kömək edəcəyini bildirib. O, digər şirkətləri və iş adamlarını da Azərbaycan futboluna dəstək olmağa çağırıb.

    Mərasimdə çıxış edən “Dəmirörən Holdinq”in İdarə Heyətinin sədri Yıldırım Dəmirörən də anlaşmanın Azərbaycan futbolunun beynəlxalq arenada daha da uğurlu təmsil olunmasına töhfə verəcəyinə inamını ifadə edib. Əməkdaşlığın futbolun inkişafı üçün önəmli layihələrin həyata keçirilməsinə xidmət edəcəyini bildirib.

    Daha sonra Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı idmanın ictimai həyatın hər sahəsindəki əhəmiyyətinə diqqət çəkərək idman klublarının dəstəklənməsi və idmanın bütün növlərinin inkişafı istiqamətində səylərin artırılmasının vacibliyi ilə bağlı fikirlərini bölüşüb və bu baxımdan “Dəmirörən Holdinq”in iştirak etdiyi sponsorluq müqaviləsini son dərəcə dəyərli və mənalı hesab etdiyini vurğulayıb.

    Sonda tərəflər müqaviləyə imza atıb. Müqaviləni “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və PFL prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abasov
    imzalayıb.

    Qeyd edək ki, Misli Premyer Liqası bu gün start götürür.
     

    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Futbol

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11
    Futbol

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    Futbol

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    Futbol

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Neftçi” İdman Klubu 27 Sentyabra həsr olunmuş cüdo turniri keçirib - Fotolar

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41

    SOCAR İtaliyanın futbol millisinin sponsoru oldu

    26.09.2026 15:15:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved