"Şamaxı"nı 1 xala görə təbrik edirəm. Oyunun taleyini ilk hissədə həll etməliydik. Amma ilk yarıda qol buraxdıq. Fasilədən sonra yenə səhvimiz oldu, rəqib də bundan yararlandı. “Şamaxı”nın çərçivəyə 2 zərbəsi oldu, onlar da qolla nəticələndi".
Prosport.Az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın ilk turunun “Şamaxı” ilə görüşündən (2:2) sonra mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
– “Sabah”ın müdafiədə bu qədər səhvlərə yol verməsinin, “Şamaxı”dan 2 qol buraxmasının səbəbləri nədir?
– Bir şeyi nəzərə almaq lazımdır ki, “Makkabi” ilə ağır oyun keçirmişdik. Həmin oyun 3 saat çəkdi. Futbolçular fiziki və mental olaraq çox yorulmuşdu. Dünyada da belədir. Bu tip matçlardan sonra rəqibin kimliyindən asılı olmayaraq, xal itkisi mümkündür.
– Onda belə çıxır ki, hazırkı heyət həm avrokuboklarda, həm də daxili oyunlarda oynamaq üçün yetərli deyil?
– Bəhanələrə sığınmaq istəməzdim. Bu gün qırmızı vərəqəyə və zədələrə görə oyunu buraxan futbolçularımız var idi. Az şans qazanan oyunçular meydana çıxdı. Onların da performansından razı qaldım. İlk "11-lik"də birdən-birə 6-7 oyunçu dəyişmək çətindir. Amma başqa variantımız yox idi.
– Qarşıda sizi “Sent-Patriks Atletik”ə qarşı İrlandiyada səfər oyunu, daha sonra çempionatda önəmli görüş gözləyir. Mövsümün əvvəlində itirilən xallar sonda qızıldan da qiymətli olacaq...
– Biz elə danışmayaq ki, sanki mövsüm bitir. Onsuz da hamı xal itirərəck. Hələ mövsümün əvvəlidir. Gələcəyə oyun-oyun yanaşsaq, daha yaxşıdır. Çünki sabah və ya 7 gündən sonra nə baş verəcəyini bilmirik.

