Azərbaycan Premyer Liqasında ilk turun növbəti oyunu baş tutub.
Prosport.Az xəbər verir ki, günün ilk qarşılaşmasında “Sabah” və “Şamaxı” komandaları üz-üzə gəlib.
“Bank Respublika Arena”da reallaşan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Sabah"ın heyətində Namik Ələsgərov ilə Xəyal Əliyev, "Şamaxı"da isə Rüfət Abbasov və Belaydi Pusi fərqlənib. Premyer Liqanın 3-cüsü "Sabah" hesabda 2:0 öndə olsa da, sonradan debütant hesabı bərabərləşdirməyi bacarıb.
Turun son oyununda “Zirə” “Səbail”i sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.
Turun daha əvvəl keçirilən qarşılaşmalarında “Qarabağ” “Araz-Naxçıvan”a 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə yekunlaşıb.

