Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi" böyük klubdur, təbii ki, evində qələbə qazanmalıdır" - Roman Qriqorçuk
    3.08.2024 21:33:47

    "Neftçi" Azərbaycan Premyer Liqasının ilk turunda doğma meydanda "Turan Tovuz"la 0:0 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Heç-heçə oynadıq. Bu, bizim üçün pozitiv nəticə deyil. Mən razı deyiləm. "Neftçi" böyük tarixi, adı olan komandadır. Təbii ki, öz evimizdə qalib gəlməliyik. Bunun üçün cəhd göstərəcəyik.

    - Oyundan necə, razı qaldınız?

    - Deyə bilmərəm ki, nəticədən razı deyiləm, amma əla oynadıq. Pis oynadığımızı da deyə bilmərəm. Biz yaxşı oynamağa cəhd göstərirdik. Bəzi epizodlarda pis görünmürdük. Qalib gəlsəydik, daha asan olardı, indi başqa cür danışardıq.

    - Komanda son 5-6 dəqiqədə kifayət qədər artırmışdı. Bunu 15-20 dəqiqə qalmış etmək olmazdı?

    - Biz istəyirdik ki, 90 dəqiqədə edək. Amma təəssüflər olsun ki, vaxt da çatmadı. Razıyam ki, bu cür son dəqiqələrdə yox, bütün oyunboyu oynamaq lazımdır. Xüsusilə də, evdə, öz azarkeşlərimizin qarşısında ilk dəqiqədən sona qədər belə oynamaq gərəkdir.

    - Özünüz nə hisslər keçirdiniz? Azərbaycan çempionatında nələr dəyişib?

    - Bütün bu illərdə Azərbaycandan uzaq olduğumu hiss etmirdim. Çünki daim jurnalistlərlə danışırdıq, müsahibələr verirdim. Tam olaraq Azərbaycan futbolundan uzaqlaşmamışdım.

    - Qazonu görəndən sonra gəlməyinizə peşman olmadınız?

    - Meydança haqda tənqidi fikirlər bildirmək istəmirəm. Çünki obyektiv səbəbləri var. Mən hamıya deyirdim ki, "Bakcell Arena"nı çox sevirəm. Burada "Qəbələ" ilə oynayırdıq. Meydança əla olurdu. İstəyərdik ki, ot örtüyü daha da yaxşı olsun.

    - Hücum xəttinin effektivliyi barədə nə düşünürsünüz? 

    - Bu xətti daha da rəqabətli etmək istəyirik. Hücum xəttinə keyfiyyətli oyunçular əlavə etmək niyyətindəyik. Bu addımı atsaq, komanda hücumda daha effektiv olacaq.

    - "Sabah"ın sabiq futbolçusu Aleksey Kaşuk oyunu izləyənlər arasında idi. Onunla danışmısınız?

    - Kaşukla şəxsən tanış deyiləm. Onunla danışmamışıq. Bilirəm ki, Kaşuk yüksək səviyyəli, yaxşı oyunçudur. Ona ancaq salamlarımı çatdıra bilərəm.

    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Futbol

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11
    Futbol

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    Futbol

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu 27 Sentyabra həsr olunmuş cüdo turniri keçirib - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved