Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu oyunda daha çoxuna ümid edirdik" - Qurban Berdiyev
    3.08.2024 21:10:33

    "Turan Tovuz" Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Neftçi" ilə qolsuz heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Qurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Oyunun çətin olacağını ehtimal edirdik. "Neftçi" çox yaxşı komandadır. Bu oyun bizim çatışmayan cəhətlərimizi göstərdi. Hansı istiqamətlərdə çalışmalı olduğumuzu bildik. Amma ümumi olaraq futbolçularımın performansından razı qaldım. Oyunboyu epizodlarda maksimum oynadılar.

    - Çatışmazlıqları dediniz. Hansı məqamların üzərində işləməlisiniz?

    - Hücum fazasında məqamları qeyd edərdim. Uşaqlar necə oynamaq lazım olduğunu bilirlər. Yəqin ki, zamanla bunun öhdəsindən gələcəklər. Çox da böyük çatışmazlıq deyil.

    - Deyəsən, nəticədən narazısınız. Amma "Neftçi" ilə səfərdə heç-heçə etmək pis nəticə deyil...

    - Hər şeyi yaxşı anlayıram. "Neftçi" yaxşı komandadır. Amma biz daha çoxuna ümid edirdik. Maksimum hazırlaşmışdıq. Əgər hücumda oyunçular bacardığı və bildiyi kimi düzgün oynasaydı, hər şey başqa cür olardı.

    - Son 10 dəqiqədə yorğunluq aşkar hiss olunurdu. Bunu nə ilə izah edərdiniz?

    - Bu, təbii haldır. "Neftçi"nin oyunçuları yoruldu, bizimkilər də. Yorğunluğun olması təbiidir.

    - Qarşılaşmadan əvvəl "Neftçi"ni təhlil edərkən hansı detalları nəzərə almışdınız?

    - Hər komandanın çatışmazlıqları var. Bizim də, həmçinin. Bəzi anlar yaxşı alınırdı, əsasən də Ayxanın epizodlarında. Bəzi epizodlarda isə istədiyimiz alınmadı. "Neftçi" haqda bilirik, amma buna şərh vermirik. Bağışlayın, sadəcə belədir.

    - Stadiondakı atmosfer necə idi? Xal itkisindən ot örtüyü rol oynadı?

    - Atmosfer yaxşı idi. Azarkeşlərimizə təşəkkür edirik ki, bizə dəstək olmaq üçün gəlmişdilər. Qazon hər iki komanda üçün eyni idi.

    - Böyük titullar qazandığınızı bilirik. Qurban Berdiyevin "Turan Tovuz"dakı hədəfi nədən ibarət olacaq?

    - Heyətimizdən asılı olmayaraq, hədəflərimiz maksimumdur.

    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Futbol

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13
    Futbol

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24
    Futbol

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18
    Futbol

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48
    Futbol

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57

    ABL: VIII turun oyun cədvəli açıqlandı

    25.11.2026 21:51:13

    II Liqa klubları cərimələndi

    25.11.2026 21:21:45

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved