Azərbaycanlı FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində İsveçdə “Yurqorden” və Finlandiyanın “İlves” komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Əliyar Ağayev VAR, İnqilab Məmmədov isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş avqustun 15-də Stokholm şəhərində yerləşən eyniadlı arenada olacaq.

