Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "2 gün öncə onların oyununda idim" – Qurban Qurbanov
    2.08.2024 22:50:14

    "Qarabağ" Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Avrokuboklardakı digər klublarımıza uğurlar arzulayıram. Əfsuslar olsun ki, "Sumqayıt" mübarizəni dayandırdı. Amma yaxşı oyunla uduzdular. Demək olar ki, böyük şansları var idi. Səfər matçında çox inamlı oynadılar. İnanırıq ki, gələn il daha yaxşı nəticələri olacaq. Özümüzə gəldikdə, vacib qələbə oldu. Rəqibi tam yaxından tanımırdıq. Əlimizdə rəqib haqda çox az məlumat var idi. Amma ümumən Elmar Baxşıyevin oyun sistemindən xəbərdarıq. Keçənilki oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, çox bərk komandaya qarşı oynadıq. İlk oyun göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq.

    – Qələbə qazansanız da, sanki narazı idiniz. Hansı məqamlar sizi qane etmədi?
    – Oyundan narazı qalmadım. Futbolçuların bəzi epizodlarda davranışından narazı idim.

    – Elvin Cəfərquliyevin tez-tez qırmızı vərəqə alması psixolojidir, yoxsa istəkdəndir? Sanki əsas heyətdəki yerini də Toral Bayramova uduzub...
    – Hərəsindən bir az var. İstəklidir. Ən aktiv futbolçularımızdan biridir. Hücumda çox iştirak edən oyunçu müdafiədə səhvlərə çox yol verir. Torala uduzub deyəndə, bir tərəfdən yaxşı haldır. 2 oyun da cəzası var idi. Görünür ki, oyun praktikası azdır. Elvin idman formasını bərpa edən futbolçudur. Vərəqələrə gəldikdə, daha çox düşünməlidir. Epizodlardan düzgün nəticə çıxarmalıdır. Get-gedə sayı çoxalır. Bir az problemə çevrilir. Qarşıdakı oyunlara baxacağıq. Belə hallar təkrarlansa, daha ciddi düşünməyimiz lazım olacaq.

    – "Ludoqorets" haqda hansı fikirdəsiniz?
    – Oyunlarına canlı baxmışam. 2 gün öncə onların oyununda idim. Dünən gəlmişəm. 9 ildir ki, arda-arda qruplarda oynayırlar. "Ludoqorets"in böyük təcrübəsi var. Çox bacarıqlı, fərdi ustalığı olan oyunçulara sahibdirlər. Çox sürətli oyun oynayırlar, hücumu yaxşı tamamlayırlar. Ciddi hazırlaşmağımız tələb olunur. Komanda oyunu öz yerində, fərdi və təkbətək mübarizələrdə diqqətli oynamalıyıq. Bu çox vacibdir. Əks-hücumların qarşısını almaq da lazımdır. Buna hazır olmalıyıq. Məşqçi də hiss olunur ki, bu oyunu çox tələb edir. Bir neçə kombinasiyaları var, bundan istifadə edirlər. Hamımız üçün maraqlı oyunlar olacaq. Ola bilər ki, çox güc sərf edək. Taktiki mübarizə də gedə bilər. Çox hazır olmalıyıq.

    – 5-6 il əvvəl "Ludoqorets"lə 2 yoxlama matçı keçirmişdiniz. İndiki və əvvəlki komanda arasında fərq var?
    – Tam fərqlidir. Yoxlama oyunlarında nəticəyə önəm vermirəm. Yoxlama matçlarında komandanın gücünü bilirsən. Həmin oyunlarda səhvlər çox olur. Futbolçular optimal formadan uzaq olur. Fərqləndirmək çətin olardı. 5-6 il əvvəlki futbolla indiki də bir deyil. Təcrübə də böyük rol oynayır.

    – Niyə məhz özünüz bu oyunu izləməyə getdiniz?
    – Bu komandaya qarşı heç bir rəsmi matçda oynamamışdıq. Mənim üçün də maraqlı idi ki, "Ludoqorets" necə 9 ildir ki, qruplarda çıxış edir. Həm "Ludoqorets", həm də "Dinamo" (Minsk) yaxşı komandadır. Bolqarlar ilk oyunda "Dinamo"ya qalib gəlsə də, Belarus klubu aqressiv oynamışdı. "Ludoqorets"in gücünü daha yaxından görmək üçün ora getmək qərarı verdim.

    – Azarkeşlər sizə qruplarla bağlı mesaj verdi. Gücünüz çatacaq?
    – Gücümüz var. Şükür Allaha, gücümüz həmişə olub. Hər il çalışırıq ki, daha yaxşı hazırlaşaq. Bu, futboldur. İstənilən nəticə ola bilər. Bizim kimi digər rəqiblər də hazırlaşırlar. Bizim kimi ölkə klublarının da arzusudur ki, Çempionlar Liqasında qruplarda iştirak etsin. Biz də istəklə işimizə davam edirik. Yaxşı nəticə üçün çalışırıq. Görək, necə olacaq.

    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Futbol

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11
    Futbol

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    Futbol

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu 27 Sentyabra həsr olunmuş cüdo turniri keçirib - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved