"Zirə" və "Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki oyunklarını idarə edəcək hakimlər müəyyənləşib.
Prosport.Az xəbər verir ki, "Zirə"nin Xorvatiyada yerli "Osiyek" klubuna qarşı ilk matçında yunanıstanlı Aristotelis Diamantopulos iş başında olacaq.
Tərəflər arasındakı "Dalğa Arena"dakı cavab görüşünü isə avstriyalı Yulian Vaynberqa idarə edəcək.
İrlandiyada "Seynt Patriks Atletik” və "Sabah" arasındakı ilk qarşılaşma islandiyalı Vilhyalmur Torarinsona tapşırılıb. Bakıdakı cavab oyununda isə rumıniyalı Marçel Bırsan ədaləti qoruyacaq.
Qeyd edək ki, bu mərhələnin ilk matçları 8 avqustda, cavab oyunları avqustun 15-də gerçəkləşəcək.

