Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib.
Prosport.Az xəbər verir ki, bu, avrokuboklarda II təsnifat mərhələsinin cavab oyunlarının nəticəsinə əsasən mümkün olub.
23-cü sırada yer alan ölkənin əmsalı 18,375-ə bərabərdir. "Qarabağ", "Zirə", "Sabah" və "Sumqayıt"ın avrokubok görüşləri reytinqdə Azərbaycana 0,625 xal qazandırıb. 24-cü pillədəki Rusiyanın 18,299, 22-ci yerdəki Macarıstanın 19,500 xalı var.
Qeyd edək ki, 55 ölkənin reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.