Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Sabah baxacağıq ki, kim yaşayır, kim canlıdır" – Krunoslav Renduliç
    2.08.2024 00:03:16

    "Sabah" UEFA Avropa Konfrans Liqası II təsnifat mərhələsinin cavab oyununda İsrailin "Makkabi" (Hayfa) klubunu penaltilər seriyasında məğlub edərək növbəti raunda yüksəlib.

    Prosport.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – İlk olaraq onu demək istəyirəm ki, bugünkü oyundan qabaq heç kəs bizə 1% də şans vermirdi. İlk anlardan inanırdım ki, maksimumumuzla oynasaq, mərhələni keçə bilərik. Səmimi deyim ki, "Makkabi" bu gün bizdən daha yaxşı idi. 1 oyunda favorit olan komandaya qalib gələ bilərsən. Ancaq 2 matçda favorit komandaya qalib gəlmək çox çətindir. Lakin biz bunu etdik. Oyunçularımı təbrik edirəm, qəhrəmandırlar, aslanlar kimi döyüşdülər. Nəticədə də güclü rəqibə qalib gələrək mərhələ adlamağa layiq idik.

    – Qalibi mühakimə etməzlər. Mən də etmirəm. Bəs siz 6 qola görə özünüzü mühakimə edirsiniz?
    – 6 qol buraxmışıq, amma biz də 6 qol vurmuşuq. 2 matçda biz 6 qol vurduq. 2 oyundan sonra biz mərhələni keçdik. Heç kəs mərhələdən öncə rəqibi keçəcəyimizə şans vermirdi.

    – Dediniz ki, "Makkabi" oyunun favoritidir. Rəqibi keçməyinizə nə səbəb oldu?
    – Biz inanırdıq. Oyundan öncə komandama inanırdım. Məğlubedilməz komanda yoxdur. "Real" da uduzur. Niyə də uduzmasın?!

    – Bayaq dediniz ki, "Makkabi" ilə görüşdən əvvəl bizə 1% şans verilmirdi. Bəs növbəti mərhələdə favorit sizsiniz?
    – Sabahdan etibarən rəqib haqda fikirləşəcəyik.

    – Müdafiə xəttində problemlər olduğu görünürdü. Növbəti mərhələdə bu yöndə işlər görəcəksiniz? Transfer edəcəksiniz?
    – Müdafiəni sadəcə arxada oynayan 4 futbolçuya bağlamaq istəmirəm. Bütün komanda müdafiə olunmalıdır. Biz bu gün müdafiədə çox pis idik. Ən azından 1 müdafiəçi gətirmək istəyirik. Çünki 3 cəbhədə mübarizə aparacağıq. Bu haqda düşünürük.

    – Penaltilər seriyasında 5-ci zərbəyə Namik Ələskərovun adını qeyd etmişdiniz?
    – Keçən il keçən ildə qalıb. Öncəki klubumda da belə hallar yaşanmışdı. Namikdən soruşdum ki, penaltini vurmaq istəyirsən? "Yox" dedi. 5-ci penaltini Boyan Letiç vuracaqdı.

    – Premyer Liqanın ilk turunda "Şamaxı" ilə görüşün təxirə salınması üçün PFL-ə müraciət edəcəksiniz?
    – Oyunun təxirə salınması mümkün deyil. Amma ola bilər ki, evdə oynayaq. Məndən soruşmayın ki, həmin matçda kimlər oynayacaq. Sabah baxacağıq ki, kim yaşayır, kim canlıdır (gülür). Amma məcbur 11 nəfər oynadacağıq.

    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Futbol

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11
    Futbol

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    Futbol

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13
    Futbol

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    “Neftçi” İdman Klubu 27 Sentyabra həsr olunmuş cüdo turniri keçirib - Fotolar

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47

    "Zirə" də Çempionlar Liqası ilə vidalaşdı

    26.09.2026 15:41:41

    SOCAR İtaliyanın futbol millisinin sponsoru oldu

    26.09.2026 15:15:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved