"Qarabağ"ın Bolqarıstanın “Ludoqorets” komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunlarına təyinatlar açıqlanıb.
Prosport.Az xəbər verir ki, Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşması isə İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
6 avqust
20:00 “Qarabağ” – “Ludoqorets”
Baş hakim: Urs Şnida
Baş hakimin köməkçiləri: Marko Sürxa, Benyamin Sürxa
Dördüncü hakim: Sven Volfensberqa
VAR hakimləri: Fedayi San, Yohannes von Mandax
Tofiq Bəhramov adına Respublika stadionu
13 avqust
22:00 “Ludoqorets” - “Qarabağ”
Baş hakim: Simon Sotsa
Baş hakimin köməkçiləri: Corco Peretti, David İmperiale
Dördüncü hakim: Matteo Marketti
VAR hakimləri: Canluka Aureliano, Marko Serra
"Ludoqorets Arena"
Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllüttariqin "Linkoln" komandasını, rəqib isə Belarusun "Dinamo" (Minsk) kollektivini mübarizədən kənarlaşdırıb.