“Neftçi”nin mətbuat katibi vəzifəsinə yeni təyinat olub.
Prosport.Az xəbər verir ki, bu vəzifəni Asəf Zeynallı icra edəcək.
Qeyd edək ki, 2010-cu ildən müxtəlif mətbuat orqanlarında idman müxbiri kimi fəaliyyət göstərmiş Asəf Zeynallı 2017-ci ildən “CBC Sport” telekanalında Xəbərlər Departamentinin şef-redaktoru vəzifəsində çalışıb. 2023-cü ilin oktyabrından 2024-cü ilin iyulunadək “Qəbələ” İdman Klubunda Media və Marketinq Departamentinin rəhbəri olub.
Xatırladaq ki, daha əvvəl bu vəzifədə Emin Əfəndi çalışıb.