Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"la oyunda uğurlu nəticə qazanmalıyıq" - Ramon Maşado
    31.07.2024 17:27:09

    Azərbaycanda özümü yad hesab etmirəm.

    Prosport.Az xəbər verir ki, bu sözləri yay transfer dövründə “Araz-Naxçıvan”la anlaşan və təxminən 1 illik fasilədən sonra yenidən Azərbaycana qayıdan Ramon Maşado klubun rəsmi saytına müsahibəsində deyib.

    Braziliyalı futbolçu bildirib ki, komanda yeni olsa da, Azərbaycan ona yad ölkə deyil: “Əvvəllər də burada oynamışam, iki klubun formasını geyinmişəm. “Araz-Naxçıvan” yeni çağırışdır. Mən də bu dəvəti qəbul etdim, yenidən özümü bu ölkədə sınamaq qərarına gəldim. Ailəm də Azərbaycanı çox sevir. Burada yaşamağımız üçün heç bir problem yoxdur. Buraya hazır gəlmişdim. Çünki Malayziya çempionatında çıxış edirdim və mütəmadi oynayırdım. Çempionat oyunları başa çatdıqdan sonra istirahət etmədim, birbaşa komandanın Türkiyədəki düşərgəsinə yollandım, ikinci yoxlama matçında meydana çıxdım. Ona görə uyğunlaşmaq və hazırlıq baxımından hansısa çətinliyim olmadı. Baş məşqçini də tanıyıram, vaxtilə birgə çalışmışıq. Bir neçə futbolçu var, onlarla da başqa komandada çıxış etmişik. Yəni özümü yad hesab etmirəm”.

    O, Azərbaycan Premyer Liqasının ilk turunda “Qarabağ”la keçirəcəkləri oyun barədə də fikirlərini bölüşüb: “Asan matç olmayacaq. Rəqib haqda geniş danışmağa ehtiyac yoxdur. Çünki bu komanda illərdən bəri Azərbaycan çempionu olur, avrokuboklarda uğurlu çıxışı ilə seçilir. Heyətində keyfiyyətli futbolçular cəmləşib. Amma bizim də əla kollektivimiz var. Yayda komandaya xeyli futbolçu cəlb olunub ki, hər biri kömək edəcək güc və səviyyədədir. Maraqlı görüş olacaq. Mövsümün startıdır, uğurlu nəticə qazanmalıyıq. Bunu hər kəs istəyir. Çünki qarşımıza məqsəd qoyulub”.

    33 yaşlı hücumçu komandanın avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparacağını söyləyib: “Düzdür, digər komandaların durumunu bilmirəm. Çünki buradan getdikdən sonra çempionatı izləmək imkanım olmurdu. Oyunlar, saat fərqi və s. mane olurdu. Amma burada olan dostlarımdan ümumi məlumat alırdım. Stadionları görmüşəm, hamısına bələdəm. Təbii ki, bizi asan oyunlar gözləmir. Hər kəs mübarizə aparacaq”.

    Qeyd edək ki, Ramon Maşado qarşıdakı 1 ili “qırmızı-ağlar”ın heyətində keçirəcək. Oyunçu “Araz-Naxçıvan”a Malayziyanın “Sabah” klubundan gəlib. O, müxtəlif illərdə “Neftçi” və “Qəbələ”nin heyətlərində yer alıb.

    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Futbol

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11
    Futbol

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31

    "Millidə qələbədən vacib heç nə yoxdur" – Mahir Emreli

    26.09.2026 16:55:06

    İlham Əliyev və ailə üzvləri "Formula 1"i izləyir

    26.09.2026 16:32:49

    “Məqsədim A milli komandada oynamaqdır” - Lorentso Mezzotero

    26.09.2026 16:12:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved