Azərbaycan millisinin futbolçusu Renat Dadaşov yenidən karyerasını Türkiyədə davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, bu barədə yerli "Sports Digitale" məlumat yayıb.
I Liqa təmsilçisi "Ərzurumspor" 25 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.
Artıq oyunçunu icarəyə götürmək üçün İsveçrənin "Qrasshoper" klubu ilə danışıqlara da start verilib.
Qeyd edək ki, Renat Dadaşov ötən mövsüm icarə əsasında "Hatayspor"un formasını geyinib. Onun İsveçrə təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

