Millimizin futbolçusu Coşqun Diniyevin 1 illik müqavilə bağladığı "Bandırmaspor"a keçməzdən əvvəl danışıq apardığı digər Türkiyə klubu bəlli olub.
Prosport.Az-ın xəbərinə görə, 28 yaşlı dayaq yarımmüdafiəçisi Türkiyə Super Liqasından düşən və yeni mövsümdə I divizionda mübarizə aparacaq "Ankaragücü" ilə də danışıqlar aparırmış.
Ancaq bu danışıqlar uğursuz alınıb və tərəflər ortaq məxrəcə gələ bilməyib.
Qeyd edək ki, "Ankaragücü"nün "Qarabağ"ın albaniyalı hücumçusu Redon Cicanı da istədiyi bildirilir.

