Türkiyənin "Ümraniyəspor" klubundan ayrılan Coşqun Diniyevin yeni klubu məlum olub.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü karyerasını Türkiyədə davam etdirəcək. 29 yaşlı yarımmüdafiəçi "Bandırmaspor"a keçib.
Təcrübəli futbolçu I Liqa təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Coşqun Diniyev "Prosport"a verdiyi eksklüziv müsahibəsində "Ümraniyəspor"da baş məşqçisi olduğu Mustafa Gürselin onu "Bandırmaspor"a çağırdığını bildirmişdi.

