"Qarabağ"ın 16 yaşadək komandası (U-16) növbəti mövsümün əvvəlində İtaliyaya səfər edəcək.
Prosport.Az-ın xəbərinə görə, 5-8 sentyabr tarixlərində "Napoli" klubunun təşkilatçılığı ilə Neapol şəhərində beynəlxalq "Blue Devils Cup" turniri keçiriləcək.
Bu yarışda Asif Əlizadənin baş məşqçisi olduğu U-16 komandası da Azərbaycanı təmsil edəcək.
