“Neftçi” futbolçusu Dieqo Valdeslə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib.
Paraqvaylı oyunçu ötən ilin yayında “ağ-qaralar”a transfer olmuşdu.
Qeyd edək ki, Dieqo Valdes ölkəsinin “Sol de Amerika” komandasına keçib.

