Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Azərbaycanın tanınmış məşqçisi təltif edildi - FOTOLAR
    23.07.2024 11:08:44

    “Neftçi” Futbol Akademiyasının məşqçisi İslam Kərimov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub.

    Prosport.Az xəbər verir ki, UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malik olan Azərbaycan Respublikasının Əməkdar məşqçisi bununla bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb:

    “Mən könüllü olaraq 1992-1993-cü illərdə Qarabağda – Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun dəstəsində döyüşmüşəm. Həmin 1 il ərzində dəfələrlə ağır döyüşlərdə iştirak etmişəm. Buna görə də dövlətimiz tərəfindən mükafatlandırılmışam. “Qarabağ müharibə veteranı” və “Milli Ordu-100” medalları ilə təltif olunmuşam. 26 İyul – Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə isə qərara gəldilər ki, məni “Böyük Zəfər” medalı ilə də təltif etsinlər və elə bu gün təltif olundum. Bu mənim üçün qürur hissidir. Çünki bir vətəndaş kimi cəmiyyətdə böyük rol oynamışam. Həm də “Neftçi” klubunu təmsil etdiyim üçün fəxr edirəm. Bu zəfərə görə ilk növbədə Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Artıq bizim torpaqlarımız azad olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ona görə də mən bu gün bu medalı böyük qürur hissi ilə gəzdirirəm. Bildiyiniz kimi, 1992-ci ilin yanvarından indiyə kimi qısa fasilələrlə “Neftçi”də çalışıram, 3 il Azərbaycan U-17 milli komandasının baş məşqçisi olmuşam. “Neftçi” mənim həyatımdır. Burada mənə verilən dəyərə görə klub rəhbərliyinə, “Neftçi” camiəsinə təşəkkür edirəm. Bu medal nəinki mənə, “Neftçi” klubuna da verilən dəyərdir. Çünki mən müharibəyə “Neftçi”nin işçisi kimi getmişdim. Avtomatımın üzərində də “Neftçi” Futbol Klubu” yazılmışdı”.

    Qeyd edək ki, AFFA-nın bayrağı altında keçirilmiş yarışlarda 10 dəfə qızıl, 9 dəfə gümüş, 8 dəfə bürünc medallara layiq görülmüş mütəxəssis Bakı birinciliyinin səkkizqat, “Sabahın ulduzları”nın isə beşqat qalibidir. 2002-ci ildə U-17 milli komandası ilə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanmış Kərimov 2005-ci ildə “Neftçi”nin U-15 komandası ilə İtaliyada, U-12 komandası ilə Gürcüstanda, 2007-ci ildə “Neftçi”nin U-17 komandası ilə İzmirdə keçirilmiş beynəlxalq turnirlərin qalibi olub. Azərbaycanda ilk dəfə 6 yaşlı futbolçuların layihəsini də məhz 2017-ci ildə “Neftçi”nin məşqçisi İslam Kərimov təşkil edib. Premyer Liqaya ən çox futbolçu bəxş etmiş məşqçi kimi 2017-ci ildə PFL-in “Fəxri fərman”ı ilə mükafatlandırılıb. Təcrübəli mütəxəssis müharibə veteranı kimi prezident təqaüdçüsüdür.

    Futbol

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06
    Futbol

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50
    Futbol

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30
    Futbol

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28
    Futbol

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21
    Futbol

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Litva ilə oyunda millimizi neçə azarkeş dəstəkləyəcək?

    26.09.2026 23:42:06

    "Azərbaycanla matç bizim üçün prioritetdir" - Edqaras Yankauskas

    26.09.2026 23:14:50

    Cüdoçularımız Sarayevoda 4 medal qazandı

    26.09.2026 22:40:18

    Litva cəbhəsindən yığmamıza şad xəbər: Oyunu buraxacaq

    26.09.2026 22:12:30

    Millimizin Litva ilə oyunöncəsi son məşqindən - FOTOLAR

    26.09.2026 21:40:28

    “Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri keçirdi - FOTOLAR

    26.09.2026 21:32:52

    Dünya çempionatında bürünc medal

    26.09.2026 21:12:38

    Fikrət Hüseynov UCI-nın Konqresində iştirak edib

    26.09.2026 20:46:42

    Puxaç Levandovski haqda - “O, hələ də çox təhlükəlidir”

    26.09.2026 20:02:21

    Millimizin oynadığı stadion niyə 2 nəfərin adını daşıyır? – Kaunasdan son xəbərlər

    26.09.2026 19:44:18

    Zidan Türkiyə üzərində qələbədən danışdı

    26.09.2026 19:34:11

    "Sumqayıt" "Mehdi Hüseynzadə"yə bu tarixdə qayıdır

    26.09.2026 18:50:26

    "Sabah"ın ÇL oyunlarına xüsusi nəqliyyat ayrıldı

    26.09.2026 18:29:13

    İlham Əliyev beynəlxalq federasiyanın prezidenti ilə görüşdü

    26.09.2026 17:57:06

    “Oyunun belə bir gündə keçirilməsi bizim üçün bir silah olacaq” – Ayxan Abbasov

    26.09.2026 17:39:31
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved