“Sabah”ın Avropa Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan “Makkabi” (Hayfa) Aleksandr Kaşşuku heyətinə qatmaq istəyir.
Prosport.Az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
2022/23 mövsümündə Bakı təmsilçisinin formasını geyinən ukraynalı futbolçu ilə ilkin danışıqlara start verilib. Kaşşukun yaxın günlərdə İsrail təmsilçisinə keçəcəyi də bildirilir.
Qeyd edək ki, Aleksandr Kaşşuk “Sabah”la 39 oyunda 18 qol, 12 assistlə yadda qalıb.

