“Sabah”ın sabiq futbolçusu Mixeil Erqemlidze yenidən legioner həyatı yaşayacaq.
Prosport.Az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Kambocada oynayacaq. O bu ölkənin iddialı klublarından olan “Kirivonq”la anlaşıb.
Mixeil Erqemlidze “Dinamo”(Tbilisi), “Qaqra”, “Adana Dəmirspor”da oynadıqdan sonra 2021-ci ilin avqustunda “Sabah”a keçmişdi. “Kəpəz”də də icarə əsasında çıxış etmiş gürcü futbolçu Azərbaycanı tərk etdikdən sonra “Brera” (Şimali Makedoniya)” və “Betlemi” (Gürcüstan) komandalarında forma geyinib.

